Hindistanın Azərbaycandakı səfiri Sancay Rana BANM-də professor-müəllim heyəti, tələbələr və əməkdaşlar üçün “Dr. B.R. Ambedkar: Hindistan konstitusiyasının banisi və onun ölkənin yoxsul təbəqəsi və qadınların azadlığına istiqamətlənən vətəndaş hüquqlarında rolu” adında təqdimat keçirib.
BANM-in rektoru Elmar Qasımov səfir və onun diplomatik karyerası haqqında tədbir iştirakçılarına qısa məlumat verib və təqdimatın dünyanın ən böyük və gözəl ölkələrindən biri olan Hindistanın özünəməxsus mədəniyyətini və zəngin tarixini öyrənməkdə tələbələrə kömək edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə çıxış edən səfir Dr. Bim Rao Ambedkar və onun peşəkar və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. 2017-ci ilin aprel ayında 126-cı ildönümü qeyd olunan Dr. Bim Rao Ambedkar Hindistanın hüquqşünası, siyasətçisi və sosial islahatçısı olub. O yoxsul ailədə anadan olub, müstəqil Hindistanın ilk ədliyyə naziri və Hindistan konstitusiyasının banisi olub. Dr. Ambedkar Hindistanın müasir tarixinin ən görkəmli şəxslərindən biri olmaqla sosial və gender ayrı-seçkiliyi ilə mübarizəsi və Hindistanın demokratik ölkə kimi inkişafında töhfəsi ilə yadda qalıb.
Təqdimatdan sonra səfir iştirakçıların suallarını cavablandırıb.
Səfir Azərbaycan və Hindistan arasındakı yaxın dostluq münasibətləri haqqında məlumatları bölüşüb. O qeyd edib ki, iki ölkə arasındakı sıx münasibətlər qarşılıqlı və səmərəli tərəfdaşlığın inkişafına töhfə verəcək. Səfirin sözlərinə görə Hindistanın Texniki İqtisadi Əməkdaşlıq proqramı çərçivəsində Hindistan hökuməti dövlət işçiləri və peşəkarlar üçün Hindistanın aparıcı universitetlərində tam maliyələşdirilmiş təlim kurslarını təqdim edir. Təqdimat sual-cavab sessiyası ilə yekunlaşıb.
Səfir BANM-ə təkrarən dəvət olduğuna görə ali məktəbin rəhbərliyinə öz təşəkkürünü bildirib.

BANM-nin Mətbuat Xidməti