Livanda dənizdən 9 qeyri-leqal miqrantın cəsədi çıxarılıb

Livanda dənizdən 9 qeyri-leqal miqrantın cəsədi çıxarılıb Livan dənizçiləri bu ölkənin şimalında yerləşən Tripoli limanının yaxınlığında dənizdən 9 qeyri-leqal miqrantın cəsədini çıxarıblar.
Tripoli limanının rəisi Əhməd Tamer içərisində 60 miqrantın olduğu və Kiprə yollanan qayığın batdığını bildirib. Onun sözlərinə görə, 28 nəfər livanlı hərbi dənizçilər tərəfindən xilas edilib, 23 miqrant isə itkin düşüb. Hazırda itkin düşmüş şəxslərin axtarışı davam edir.
Livanın Qırmızı Aypara Cəmiyyəti bildirib ki, qayıqda olan miqrantlar Afrika və Yaxın Şərq ölkələri, o cümlədən Livan vətəndaşları olublar.

Tehsil-press.az


Oxşar xəbərlər