Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə şəhid övladları üçün tədbir təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi anılıb.
Bu barədə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyindən məlumat verilib.
Tədbir şagirdlərin vətənpərvər şüarlardan ibarət xor çıxışı ilə başlayıb. “Qarabağda uşaqlıq” adlı tamaşanın nümayişindən sonra şagirdlər şeirlər səsləndirib və fortepianonun müşayiəti ilə mahnı oxuyublar. Daha sonra “Tarix dərsi” tamaşası, 44 günlük Vətən müharibəsi qurbanları ilə bağlı videoçarxlar, kliplər nümayiş olunub.
Mərasim Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin direktoru Kadir Bektaşoğlunun çıxışı ilə yekunlaşıb.
Tehsil-press.az