Təhsil Nazirliyi: Məktəblilər 51-ci Beynəlxalq Fizika Olimpiadasında uğur qazanıblar

Təhsil Nazirliyi: Məktəblilər 51-ci Beynəlxalq Fizika Olimpiadasında uğur qazanıblar Məktəblilər 51-ci Beynəlxalq Fizika Olimpiadasında (Beynəlxalq Virtual Fizika Olimpiadası) uğur qazanıblar
47 ölkə və 235 iştirakçının yarışdığı olimpiadaya məktəblilərimiz onlayn qoşulublar. Nəzəri və praktiki turlardan ibarət olimpiadada Azərbaycanı təmsil edən şagirdlər uğurla iştirak ediblər. Belə ki, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi Murad Bəşirov bürünc medala, həmin gimnaziyanın XI sinif şagirdi Sirac Yəhyazadə və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Ayhan Süleymanzadə isə olimpiadanın “Həvəsləndirici mükafat” sertifikatına layiq görülüblər.

Tehsil-press.az

Oxşar xəbərlər