Biz Yunanıstan ilə Ali Səviyyəli Strateji Şura anlaşmasını pozduq. Yunanıstan yola gəlməyəcək. Ona görə də onlarla ikitərəfli müzakirələri dayandırmışıq.
Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki çıxışında ifadə edib.
Sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki deputat qrup toplantısında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan hazırda beynəlxalq səviyyəli müzakirələrdə ən aktual mövzulardan olan İsveç və Finlandiyanın Şimal Alyansına üzvlük məsələsinə toxunaraq deyib ki, NATO təhlükəsizlik təşkilatıdır, terror təşkilatlarına dəstək qurumu deyil.
Dövlət başçısı diqqətə çatdırıb ki, Türkiyə dövlət sərhədi boyunca Suriya ərazisində 30 kilometr dərinlikdə təhlükəsizlik zolağının yaradılmasının yeni səhifəsinə keçid olacaq. Tel Rıfat və Münbiç bölgələri də terrorçulardan təmizlənəcək.
Qeyd edək ki, 1923-cü ilin Lozanna, 1947-ci ilin Paris anlaşmalarına görə, Yunanıstan Egey dənizinin şərqindəki adalarında silahlana bilməz. Bu məsələ beynəlxalq öhdəlikdir. Lakin Yunanıstan Egey dənizinin şərqindəki adaların statusunu pozaraq 12 adada möhkəm silahlanıb. Türkiyə tələb edir ki, Yunanıstan təcili olaraq həmin adalarda tərksilah olmalıdır.
Tehsil-press.az