Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökuməti 2022-ci ilin ilk iclasın keçirib.
İclasdan sonra ənənəvi olaraq Türkiyə xalqına müraciət edən Prezident Rəcəb Tayyib Ərdoğan hökumətin qəbul etdiyi qərarlar barədə geniş məlumat verib. Dövlət başçısı diqqətə çatdırıb ki, Türkiyə hökuməti əhalinin rifahını və sosial müdafiəsini qorumaq üçün möhkəm təməlli fəaliyyət göstərməkdədir. Ötən il olduğu kimi, 2022-ci ildə də əhaliyə tədarük edilən enerji daşıyıcılarının qiymətlərində hökumətin dəstəyi davam edəcək.
Minimum əmək haqqı, təqaüd və digər ödəmələrdə nəzərdə tutulan artımlarla bağlı müfəssəl məlumat verən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, türk lirəsinin məzənnəsinin qorunması üçün görülən tədbirlər də qərarlı şəkildə irəli aparılacaq. Dövlət qulluqçularının maaşı 30,5 faiz artırılıb. Minimum təqaüd isə 2500 türk lirəsi məbləğinə çatdırılıb.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan yanvarın 3-də xüsusi bir proqramda ölkə ixracatı ilə bağlı mühüm rəqəmləri açıqlayaraq diqqətə çatdırıb ki, ötən il ixracatın ümumi məbləği 225 milyard 368 milyon dollar təşkil edib. Bu göstərici 2020-ci illə müqayisədə 32,9 faiz çoxdur. İdxal ilə müqayisədə də ixracatda irəliləyiş müşahidə olunub.
Tehsil-press.az