ABŞ-da istehsal artımı Təchizat İdarəetmə İnstitutunun hesabatında əksini tapıb

ABŞ-da istehsal artımı Təchizat İdarəetmə İnstitutunun hesabatında əksini tapıb ABŞ prezidenti Co Bayden Təchizat İdarəetmə İnstitutu tərəfindən dərc olunan hesabatda əks olunan ölkədəki sənaye sektorunda istehsal artımının davam etməsinin təsadüfi olmadığını söyləyib.
Bu barədə xarici KİV-lərdə məlumat verilib.
Ağ evin rəhbəri deyib: "Bu gün biz öyrəndik ki, Amerika sənaye sektoru may ayında böyüməyə davam edib. Mən vəzifəyə gələndən biz sənaye sahəsində 545 min iş yerinin yaranmasına nail olmuşuq. 2021-ci ildə təxminən 30 il ərzində hər hansı bir illə müqayisədə daha çox istehsal iş yeri açılıb. Bu təsadüfi deyil - bu birbaşa mənim aşağıdan yuxarıya doğru iqtisadiyyatı inkişaf etdirmək planımın nəticəsidir".
Bayden Konqresi “İkitərəfli İnnovasiya Akt”ını tezliklə qəbul etməyə çağırıb. Onun sözlərinə görə, bu qanun qiymətlərin aşağı salınmasına kömək edəcək və yeni nəsil tipli qabaqcıl istehsalın ABŞ-da məhz amerikalı işçi qüvvəsi tərəfindən gerçəkləşməsini təmin edəcək.
Təchizat İdarəetmə İnstitutunun hesabatına görə, ABŞ-ın sənaye sektorunda son 24 ay ərzində artım müşahidə olunub. ABŞ-da sənaye istehsalı fəaliyyətinin indeksi olan Sənaye Satınalma Menecerləri İndeksi (PMI), aprel ayında qeydə alınan 55,4 faizdən 56,1 faizə çatıb. 50-dən yuxarı göstərici istehsal iqtisadiyyatının genişləndiyini göstərir. Satınalma Menecerləri İndeksi müxtəlif şirkətlərin aylıq sorğularından sonra əldə edilən məlumat əsasında müəyyən edilən iqtisadi göstəricidir. İndeks həm istehsal, həm də xidmət sektorunda tendensiyaları göstərir.

Tehsil-press.az


Oxşar xəbərlər