Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beynəlxalq əlaqələr üzrə prorektoru dosent Rafiq Camalov Poltava şəhərində (Ukrayna) keçirilən “İstehsal. Quyuların əsaslı təmiri. İntensivləşmə” adlı VIII Beynəlxalq Sənaye Forumunda iştirak edib.
Bu ali məktəb 2017-ci ildən universitetlər arasında müvafiq müqavilə imzalandıqdan etibarən Forumun təşkilatçısı - Yuri Kondratyuk adına Poltava Politexnik Milli Universiteti ilə əməkdaşlıq edir. Bu illər ərzində bir çox birgə tədbirlər keçirilib, tələbə mübadiləsi aparılıb. Poltava Politexnik Milli Universitetində “Ukrayna-Azərbaycan Mərkəzi” fəaliyyət göstərir.
Forumun açılışında dosent Rafiq Camalov birgə nailiyyətlərdən danışıb və xüsusilə neft-qaz sektorunda gələcək əməkdaşlığın istiqamətlərini vurğulayıb.
Tehsil-press.az