Peşə təhsili müəssisələrinin işəgötürənlərlə əməkdaşlıq əlaqələri genişləndirilir

Peşə təhsili müəssisələrinin işəgötürənlərlə əməkdaşlıq əlaqələri genişləndirilir Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Azərbaycanın ən böyük mətbəx mebeli istehsalatçısı olan “İM” MMC (“Mutfakçı”) arasında memorandum imzalanıb.
Memoranduma əsasən “Mutfakçı” şirkətinin təlim mərkəzində təkmilləşdirilmiş mebel istehsalı, innovativ texnologiyalarla işləmək bacarığına malik kadrlar hazırlanacaq. Təlim-istehsal mərkəzində şirkətin ixtisaslaşmış mütəxəssisləri tərəfindən tələbələrin bilik və bacarıqları daim artırılacaq, mebel istehsalı üzrə kadr hazırlığı formalaşdırılacaq.
“Mutfakçı” şirkətinin rəhbəri İlkin Manafovun sözlərinə görə, imzalanan memorandum yerli istehsalın gücləndirilməsinə, təlim-istehsal prosesinin biznes yönümlü olmasına kömək göstərəcək. Birgə əməkdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Mutfakçı” şirkətinin yeni kolleksiyalarının prototip şəklində istehsalı nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər