Gömrük Akademiyasında yaz semestrinin imtahan sessiyası başlayıb

Gömrük Akademiyasında yaz semestrinin imtahan sessiyası başlayıb Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.
DGKA-nın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun müvafiq sərəncamı ilə sessiya müddətində imtahanların mövcud normativ sənədlər əsasında təşkil edilməsi və onların gedişatına nəzarətin həyata keçirilməsi məqsədilə imtahan qərargahı yaradılıb.
Sessiya müddətində şikayətlərin araşdırılmasını təmin etmək üçün apellyasiya komissiyası da fəaliyyət göstərir.
Qeyd edək ki, 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyul ayının 8-də yekunlaşacaq.

Tehsil-press.az


Oxşar xəbərlər