Bakı Slavyan Universitetində yay imtahan sessiyası başlanıb

Bakı Slavyan Universitetində yay imtahan sessiyası başlanıb Bakı Slavyan Universitetində (BSU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası ənənəvi formada başlayıb.
İmtahan sessiyası təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2022-ci il 19 may tarixli müvafiq əmrinin tələblərinə uyğun olaraq həyata keçirilir. Yaz semestrinin imtahan sessiyası iyulun 6-dək davam edəcək.
İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib. Hər fənn üzrə tələbələrin giriş balları fakültələrdə müvafiq lövhələrdə asılıb. Sessiyanın təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bununla yanaşı, irad, təklif və fikirlərini qeyd etmək üçün [email protected] ünvanına yazmaqla müraciət etmək olar.

Tehsil-press.az


Oxşar xəbərlər