BSU-da yaz semestrinin imtahan sessiyasına hazırlıq işləri müzakirə edilib

BSU-da yaz semestrinin imtahan sessiyasına hazırlıq işləri müzakirə edilib Bakı Slavyan Universitetinin (BSU) rektoru siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev fakültə dekanları və əlaqədar struktur bölmə rəhbərləri ilə birgə 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq işlərini müzakirə edib.
Universitetin hər iki tədris binasında imtahanlara hazırlıqla bağlı vəziyyət izlənilib. İmtahan sessiyasının şəffaf, açıq, qaydalara uyğun keçirilməsi üçün semestr ərzində hər fənn üzrə tələbələrin topladıqları ballar cədvəl formasında fakültələrdə asılıb. İmtahan sessiyası müddətində “Qaynar xətt”in fəaliyyət göstərməsi, [email protected] ünvanının daim aktiv olması, tələbələrin, o cümlədən müəllim və əməkdaşların öz təklif, irad və fikirlərini bildirmək üçün hər iki tədris binasında qutuların qoyulması nəzərdə tutulub.
2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyunun 1-dən iyulun 6-dək davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər