Bakı Dövlət Universitetində yay imtahan sessiyası davam edir

Bakı Dövlət Universitetində yay imtahan sessiyası davam edir Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası uğurla davam edir. Sessiya iyulun 2-dək gün ərzində iki növbədə onlayn davam edəcək.
Ötən gün 342 qrup üzrə 7048 tələbə imtahan verib. BDU-nun Qazax filialında isə 293 tələbə imtahanlarda iştirak edib. Magistratura səviyyəsində 45 ixtisaslaşmada 14 fənn üzrə 194 nəfər imtahan verib. İmtahan prosesində heç bir mənfi hal müşahidə edilməyib.
İmtahanları BDU rəhbərliyi, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri müşahidə edir.
Qeyd edək ki, İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apellyasiya Komissiyası fəaliyyət göstərir.

Tehsil-press.az


Oxşar xəbərlər