Bakı Slavyan Universitetində (BSU) payız semestrinin imtahan sessiyası başlanıb.
2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası tədris planlarına uyğun olaraq yanvarın 7-dən fevralın 1-dək keçiriləcək. BSU-nun rektoru, professor Nurlana Əliyeva yanvarın 7-də auditoriyalarda imtahan prosesini müşahidə edib, imtahanların aşkarlıq şəraitində, ədalətli, şəffaf və obyektiv keçirilməsi üçün tapşırıq və tövsiyələrini verib, tələbələrə uğurlar arzulayıb.
BSU-da imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkilinin müvafiq strukturlar tərəfindən təmin edilməsi, imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, yarana biləcək münaqişə və şikayətləri yerindəcə həll etmək məqsədilə 15 nəfərdən ibarət imtahan qərargahı yaradılıb. Qərargaha edilən müraciətlərə operativ baxılması, eyni zamanda, fakültə və şöbələrdə yaradılmış münaqişə komissiyalarının qərarlarından narazı qalan tələbələrin işlərinin yenidən nəzərdən keçirilməsi məqsədilə BSU üzrə 12 nəfərdən ibarət münaqişə komissiyası təşkil edilib.
Eyni zamanda, 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələrin cavab kartlarının kodlaşdırılması, imtahan sənədlərinin düzgün və səliqəli şəkildə tərtibi üçün BSU-nun I tədris binasında 7 nəfərdən ibarət, II tədris binasında isə 4 nəfərdən ibarət işçi qrupları yaradılıb. Ehtiyac yarandığı təqdirdə münaqişə komissiyasının işinə müxtəlif ixtisasları təmsil edən mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur. Bütövlükdə BSU-da imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi universitet rəhbərliyinin diqqət mərkəzindədir.

BSU-nun Mətbuat Xidməti