Qeydə alınmış 4500 dil faktından 3484-ü hesabata daxil edilib. Monitorinq zamani 897 orfoepik, 790 leksik, 554 qrammatik, 1243 üslub və ifadə səhvi müəyyənləşdirilib.
Bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində keçirilən “Radioların dili monitorinq aynasında” adlı tədbirdə qurumun şöbə müdiri Vəfa İsmayılova çıxış edərkən söyləyib. O, radio aparıcılarının nitqində vurğunun düzgün işlədilməməsini, ayrı-ayrı səslərin, söz və ifadələrin, qrammatik formaların, abreviaturların yanlış tələffüzünü, qarşılığı olduğu halda əcnəbi sözlərdən istifadəni, söz sırasının pozulmasını, üslub və ifadə səhvlərini ciddi nitq nöqsanlar kimi qeyd edib.
Tehsil-press.az