Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən “Ana dilinin saflığının qorunması və düzgün tətbiqi” mövzusunda tanınmış diktor və aparıcılar, müxtəlif KİV-lərin əməkdaşları, dilçi alimlər, həmçinin mədəniyyət və incəsənət xadimləri, fərdi inkişaf mütəxəssisləri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva açaraq qurumun fəaliyyəti barədə məlumat verib, keçiriləcək təlimlərin məqsəd və əhəmiyyətindən söz açıb. Bildirilib ki, təlimlərin əsas məqsədi ədəbi dil normalarının qorunması, televiziya, radio aparıcılarının nitqlərindəki qüsurların aradan qaldırılması və saytların dilinin təkmilləşdirilməsinə nail olmaq, bu sahədə peşəkarların təcrübəsini bölüşməkdir.
Görüşdə müxtəlif sahələrdə ana dilinin saflığının qorunması məqsədilə təşkil olunacaq təlimlər və birgə əməkdaşlıq barədə müzakirələr aparılıb. Müzakirələrdə tanınmış diktor və teleaparıcılar Rafiq Həşimov, Nailə İslamzadə, Əməkdar jurnalist Mirşahin Ağayev, ADA Universitetinin Beynəlxalq və ictimai əlaqələr fakültəsinin müəllimi Şəfəq Mehrəliyeva və digər mütəxəssislər iştirak ediblər.
Tədbir iştirakçıları müxtəlif KİV-lərdə, televiziya və radiolarda, mətbuatda ana dilinin saflığının qorunması ədəbi dil, tələffüz qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb, müxtəlif sahələrdə Azərbaycan ədəbi dil normalarının pozulmasının qarşısının alınması üçün təkliflərini bildiriblər.
Tehsil-press.az