Amerikalı tələbələr Azərbaycan dilini və mədəniyyətini öyrənəcəklər

Amerikalı tələbələr Azərbaycan dilini və mədəniyyətini öyrənəcəklər Azərbaycan Dillər Universitetində (ADU) Amerika Şurası və ABŞ Dövlət Departamentinin birgə layihəsi olan “Critical Language Scholarship” ingilis dili proqramının açılış mərasimi keçirilib.
Tədbirdə beynəlxalq əlaqələr üzrə prorektor dosent Jalə Qəribova proqramın 8 amerikalı tələbənin 8 həftə ərzində Azərbaycan dilini və mədəniyyətini öyrənməsi üçün nəzərdə tutulduğunu qeyd edib. Bildirilib ki, amerikalı tələbələr Azərbaycan xalqının mədəniyyəti, tarixi ilə daha yaxından tanış olacaq, Bakının və regionların müxtəlif tarixi abidələrini ziyarət edəcəklər.
Proqramın ADU üzrə koordinatoru Ramiqə Şirəliyeva slayd vasitəsilə tələbələri dərs və gəzinti proqramları ilə tanış edib, ADU haqqında ümumi məlumat verib. O, proqramın avqustun 12-dək davam edəcəyini bildirib.
Qeyd edək ki, ADU amerikalı tələbələr üçün yay Azərbaycan dili məktəbinə ev sahibliyi etmək üçün ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq edir. Bu, səkkiz həftəlik dövrü əhatə edən, həm qeyri-rəsmi, həm də formal şəraitdə dil tədrisini təmin edən ayrıca dil və mədəniyyət proqramıdır.

Tehsil-press.az


Oxşar xəbərlər