Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan “CLS Azerbaijani” (Önəmli dil təqaüdü) Proqramının bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşı Rey Neyler, Amerika konsulluğunun Azərbaycan üzrə direktoru Codi Blakenşip, tələbələrə Azərbaycan dilini tədris edən müəllimlər, dil həmkarları, eyni zamanda amerikalı tələbələr iştirak edib.
Azərbaycan dilini öyrənmiş amerikalı tələbələrin bu işin öhdəsindən yüksək bacarıqla gəldiklərini deyən J.Qəribova proqram çərçivəsində 7 amerikalı tələbənin 8 həftə müddətində Azərbaycan xalqının mədəniyyəti, dili və tarixi ilə daha yaxından tanış olduqlarını söyləyib. Tələbələrdə bu dili öyrənməyə böyük maraq gördüyünü deyən J.Qəribova ənənəyə sadiq qalaraq əlaqələrin davam edəcəyinə ümid etdiyini vurğulayıb. J.Qəribova proqramın icrasında dəstək göstərənlərə təşəkkürünü bildirib, tələbələrə uğurlar arzulayıb.
ABŞ səfirliyinin əməkdaşı R.Neyler, Amerika konsulluğunun Azərbaycan üzrə direktoru C. Blakenşip tələbələrin Azərbaycan dilinə yiyələnmələri üçün yaratdıqları şəraitə görə universitet rəhbərliyinə və əməyi keçənlərə təşəkkür edib, tələbələrə uğurlar arzulayıblar.
Sonra amerikalı tələbələrə Azərbaycan dilini öyrədən müəllimlər, həmçinin onları evlərində qonaq edən valideynlər fikirlərini bildiriblər.
Daha sonra ölkəmiz haqqında öz təəssüratlarını bölüşən amerikalı tələbələr musiqisi Emin Sabitoğlu və sözləri Fikrət Qocaya aid olan “Payız gəldi” mahnısını ifa ediblər.
Bakıda və rayonlarda amerikalı tələbələrin müxtəlif tarixi abidələri ziyarəti zamanı və dərs prosesində lentə alınmış fotoşəkillərdən ibarət videoçarx göstərilib.
Sonda amerikalı tələbələrə, dil həmkarlarına və Azərbaycan dilini tədris edən müəllimlərə hədiyyələr təqdim olunub.

ADU-nun Mətbuat Xidməti