“Ramiz Zeynalov çalışdığı sahədə böyük işlər görüb. Onun vəzifədə qalması ya da getməsi birbaşa Daxili İşlər Nazirliyinin səlahiyyətində olan məsələdir. Hər halda qanun hər kəs üçündür. Ramiz müəllim yaxşı insandır və neçə illərdir ki, bu sahədə işləyir, amma gərək insanların özləri də hər şeyi düşünüb-daşınsınlar. Qanun varsa, bu hamıya şamil olumalıdır, yəni xidmət müddəti başa çatırsa, özləri aparıb ərizələrini verib getməlidirlər”.
Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədri qeyd edib ki, daxili işlər naziri Vilayət Eyvazov ağıllı, dövlətçilik üçün çalışan insandır, bu məsələdə qərar qəbul olunarkən hər şey nəzərə alınacaq: “Qanun nə tələb edirsə, o da ediləcək. Qalan məsələlərə gəldikdə, yəni bu necə, hansı formada olacaq, onu özləri götür-qoy etməlidirlər. Düşünməlidirlər ki, bunu bu şəkildə etsək, qınaq obyektinə çevrilə bilərik, yaxud da məsələ başqa cür həll olunsa, xalqın qanunlara inamsızlığı yarana bilər. Prosesə ciddi yanaşılmalıdır. Görək necə olur... Məndə olan məlumata görə, yaxın vaxtlarda məsələ ilə bağlı qərar qəbul edəcəklər və Ramiz Zeynalov vəzifəsindən gedəcək”.
Tehsil-press.az