XİN: Fransanın daxili işlər naziri Azərbaycana buraxılmayacaq

XİN: Fransanın daxili işlər naziri Azərbaycana buraxılmayacaq "Fransanın yeni daxili işlər naziri Bruno Le Ru Fransa parlamentinin üzvü statusunda 2015-ci ilin sentyabr ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Onun adı arzuolunmaz şəxslər siyahısındadır".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
XİN: Fransanın daxili işlər naziri Azərbaycana buraxılmayacaq
Onun sözlərinə görə, Azərbaycan Respublikasının qanunları, ərazi bütövlüyü və suverenliyini pozaraq işğal olunmuş ərazilərə qeyri-qanuni səfər edən hər bir əcnəbi vətəndaş tutduğu vəzifə mövqeyindən və kimliyindən asılı olmayaraq "arzuolunmaz şəxslər" siyahısına daxil edilir: "Qanun qanundur və hamıya da eyni cür şamil olunur".

Tehsil-press.az

Oxşar xəbərlər