UNEC-də yenilik: İnformasiya təhlükəsizliyi ixtisası ingilis dilində

UNEC-də yenilik: İnformasiya təhlükəsizliyi ixtisası ingilis dilində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu ildən bakalavr səviyyəsi üzrə informasiya təhlükəsizliyi ixtisasına Azərbaycan və rus dilləri ilə yanaşı, ingilis dilində də qəbul aparılacaq.
Tələbələr yeni tədris binasında informasiya təhlükəsizliyi ixtisası üzrə 3 dildə, qlоbаl əmək bаzаrının tələblərinə cavab verə bilən, peşəkar, eyni zamanda, хаricidilli mütəхəssis kimi hazırlanacaqlar.
Universitetin Rəqəmsal iqtisadiyyat fakültəsində informasiya təhlükəsizliyi ixtisası ilə yanaşı, kompüter elmləri, sistem mühəndisliyi, informasiya texnologiyaları və kommunikasiya sistemləri mühəndisliyi ixtisasları tədris olunur.

Tehsil-press.az


Oxşar xəbərlər