İyunun 3-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistrantlarının yay imtahan sessiyasına start verilib.
İnstitutun Tədris-İnnovasiya Mərkəzində elmi tədqiqatların əsasları fənnindən keçirilən imtahanda kompüter mühəndisliyi, kompüter elmləri və informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasları üzrə təhsil alan 6 magistrant iştirak edib. Növbəti – intellektual sistemlər, kriptoqrafiya, kompüter şəbəkələrinin təhlükəsizliyi, veb-proqramlaşdırma dilləri fənlərindən imtahanların iyunun 7, 10 və 25-də keçiriləcək.
Qeyd edək ki, magistrantların 2018/2019-cu tədris ili üzrə yay imtahan sessiyasının keçirilməsi üçün müvafiq ixtisaslar üzrə imtahan komissiyaları yaradılıb.
Tehsil-press.az