Dillər Universitetinin tələbəsi Alpaqut Turan döyüş sənəti üzrə dünya kubokunun qalibi olub

Dillər Universitetinin tələbəsi Alpaqut Turan döyüş sənəti üzrə dünya kubokunun qalibi olub Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Anar Məmmədov Türkiyənin Bursa şəhərində 15 ölkə arasında keçirilən yarışda Alpaqut Turan döyüş sənəti üzrə dünya kubokunun qalibi olub.
A.Məmmədov Alpaqut Turan döyüş sənətinin Batur sistemi üzrə Türkiyə, Misir və İraq idmançılarına qalib gəlib. O, həmçinin 2018- 2019-cu illərdə Alpaqut döyüş növü üzrə dünya çempionatının birincisi olub.

Tehsil-press.az



Oxşar xəbərlər