“Gənc müəllimlər-4” layihəsinə müraciətlərin qəbulu davam edir

“Gənc müəllimlər-4” layihəsinə müraciətlərin qəbulu davam edir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc müəllimlər-4” layihəsi çərçivəsində gənc müəllimlər işə qəbul olunur.
Rəqəmsal texnologiyalar və tətbiqi informatika, eləcə də mühəndislik və tətbiqi elmlər sahələri üzrə informasiya texnologiyaları, kompüter elmləri, informasiya təhlükəsizliyi, kommunikasiya sistemləri, sənaye mühəndisliyi, materiallar mühəndisliyi, maşın mühəndisliyi, ekologiya mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, qida mühəndisliyi ixtisaslarında tədris aparmaq istəyən müəllimlər “Gənc müəllimlər-4” layihəsində iştiraka dəvət edilir.
Namizədlərin minimum magistr dərəcəsinin olması əsas şərtlərdəndir. Müraciətləri müsbət dəyərləndirilmiş namizədlərlə fərdi şəkildə müsahibə təşkil edilir. Xarici dil biliyi olan namizədlərə üstünlük verilir.
Maraqlananlar CV-ni iyunun 30-dək [email protected] ünvanına göndərə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər