Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) texniki və texnoloji ixtisaslar üzrə Türkiyə və İsveçrənin aparıcı universitetlərinin peşəkar mütəxəssisləri tərəfindən onlayn təlimlər keçirilib.
200-ə yaxın müəllimin qatıldığı təlimlər “Maşın mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Material mühəndisliyi”, “Qida mühəndisliyi”, “Mühəndis mexanikası” ixtisaslarına giriş, “Proqramlaşdırmanın əsasları 1 və 2”, “İnformasiya texnologiyalarının əsasları” və “Hidrologiya” fənləri üzrə təşkil olunub.
Təlimlərin məqsədi texniki və texnoloji ixtisasların tədrisində beynəlxalq təcrübəni öyrənmək, müəllimlərin bu sahədə bilik və bacarıqlarını daha da təkmilləşdirmək olub. Təlim zamanı iştirakçılar Yıldız Teknik Universitetinin tədris materialları, dərslik, təqdimat və testləri ilə də təmin olunublar.
İki ay davam edən təlimlərin sonunda Yıldız Teknik Universitetinin təlimçiləri tərəfindən iştirakçıların biliklərinin attestasiyası aparılıb. Attestasiyadan uğurla keçən müəllimlər universitetin sertifikatını qazanıblar.
Tehsil-press.az