Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 4-cü nömrəsini nəşr edib

Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 4-cü nömrəsini nəşr edib Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 4-cü nömrəsini nəşr edib.
Jurnalın bu nömrəsində 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan dərc edilib. Jurnalda, həmçinin “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaların seçimi və təsdiqi üçün təlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub.
Bakalavrların nəzərinə çatdırırıq ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib.
Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq mümkündür.
Qeyd edək ki, magistraturaya qəbul üçün ixtisaslaşma seçimi iyunun 29–dan iyulun 5-dək aparılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər