Azərbaycan bölməsi üzrə on mindən çox bakalavr magistraturaya qəbul olunmaq üçün ərizəsini təsdiqləyib

Azərbaycan bölməsi üzrə on mindən çox bakalavr magistraturaya qəbul olunmaq üçün ərizəsini təsdiqləyib 2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq edilmiş bakalavrların sayı açıqlanıb.
Bu gün saat 17:20-yə olan məlumata görə, 11 min 154 nəfər (Azərbaycan bölməsi – 10341, rus bölməsi – 813) ərizəsini təsdiqlədib.
Qeyd edək ki, bakalavrlar iyunun 21-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə proqram və ixtisaslaşma seçimini aparmalıdırlar.
Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaq. Ərizə təsdiqləndikdən sonra onda heç bir dəyişiklik etmək mümkün deyil.

Tehsil-press.az

Oxşar xəbərlər