Xəbər verdiyimiz kimi, iyunun 26-28-i Almaniyanın cənubunda Elmau qalasında “G7” ölkələrinin liderlərinin sammiti keçirilir.
Sammit zamanı əsas mövzulardan biri Rusiyaya qarşı sanksiyaların genişləndirilməsidir.
Bununla belə, sammit “G7” ölkələrinin liderlərinin bir neçə maraqlı fotosu ilə də yadda qalıb. Belə fotolardan biri də sammitin rəsmi açılış mərasimi və mərasimdən sonra çəkilən olub. Liderlər birinci fotoda bütün rəsmiyyətlərini qorusalar da, ikinci foto liderlərin daha səmimi poz verməsi ilə diqqət çəkib.
Hətta sosial şəbəkə istifadəçiləri liderlərin ikinci fotoda içkili olduqlarını da iddia ediblər. Xüsusilə də Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Boris Consonun dayanma tərzi istifadəçilərə bu iddianı irəli sürməyə əsas verib.
Tehsil-press.az