Deputat: Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün əlimizdən gələni etməliyik

Deputat: Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün əlimizdən gələni etməliyik Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması üçün əlimizdən gələni etməliyik. İndiki Ermənistan ərazisində bizim çoxsaylı mahallarımız olub. Həmin ərazilərdə mədəni irsimiz erməni vandalizminə məruz qalıb.
Bunu Qərbi Azərbaycan İcmasının sədri, “Qərbi Azərbaycan yaddaşı” layihəsinin müəllifi, Milli Məclisin deputatı Əziz Ələkbərli “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə aparılmış araşdırmanın və onun nəticələrini əks etdirən kitabın təqdimatı mərasimində deyib.
Deputat İrəvan şəhərinin digər yaşayış massivləri kimi, Təpəbaşı məhəlləsində də azərbaycanlıların həmişə üstünlük təşkil etdiklərini, lakin zaman-zaman onların Ermənistandan deportasiya olunduqlarını vurğulayıb. O, İrəvanda azərbaycanlılara məxsus tikililərin, habelə müsəlman abidələrinin erməni vandalizminin qurbanına çevrildiyini bir daha vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər