Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb.
Bunu elmi müəssisənin direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib. Akademik bildirib ki, tarixçi alimlərin kollektiv əsəri olan “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” fundamental tədqiqatı rus, ingilis, rumın, italyan, ispan və ərəb dillərinə tərcümə edilərək dünya ölkələrində yayılıb. Bu yaxınlarda “İrəvan xanlığı” kitabı türk və alman dillərində də çap olunacaq. Prezident Yeni Azərbaycan Partiyasının VI qurultayında real tarixi faktlara, tarixi həqiqətə əsaslanaraq bildirib: “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq”.
Y.Mahmudov deyib: “Ermənilər bütün dünyada saxtakar təbliğat işi aparır və iddia edirlər ki, guya onlar bu regionun ən qədim əhalisidir. Guya Azərbaycan xalqı bura haradansa köçüb gəlmədir. Bəyan edirəm ki, ermənilər nəinki Cənubi Qafqaza və Azərbaycana, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmədilər. Ermənilərin gəlmə olduğunu mənbələr və “tarixin atası” Herodot təsdiq edir. Herodot təsdiq edir ki, ermənilər Balkan yarımadasından Van gölünün ətrafına köçüb gəlmiş frigiyalıların nəsilləridir. Ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyil, onlar bu torpaqlara Osmanlı imperiyası və İran ərazisindən çar Rusiyası tərəfindən köçürülüb gətiriliblər. Onların köçürülmələri barədə əlimizdə minlərlə arxiv sənədləri var. 1918-ci il mayın 29-da beynəlxalq təzyiq nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvanın ermənilərə verilməsi barədə qərarı Azərbaycan üçün səhv qərar idi. Həm də Milli Şuranın 28 üzvündən 16 nəfər bu qərara səs vermişdi. Yəni qərar üçdəiki səs çoxluğu olmadan qəbul edilib. İyunun 1-də İrəvandan olan deputatlar – Mirhidayət Seyidov, Bağır Rzayev, Nəriman bəy Nərimanbəyov protest verdilər ki, bu, qeyri-qanuni qərardır. Sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə əsasən, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir neçə öhdəlik götürmüşdü. Həmin öhdəliklər sırasında Ermənistan hökumətinin erməni silahlı qüvvələrinin ən tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyi, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınların dayandırılması dururdu. Həmçinin Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürmüşdü. Bununla yanaşı, Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən, ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər”.
Akademik diqqətə çatdırıb ki, ermənilər məqsədlərinə nail olduqdan sonra üzərlərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozub, işğalçılıq siyasətini davam etdiriblər. Bununla da Batum müqavilələrinin müvafiq maddələri, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1918-ci il 29 may tarixli qərarı öz hüquqi qüvvəsini itirib. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır.
“Stanislav Tarasov “Regnum”dakı yazısında tarixi faktları inkar etməklə yanaşı, 2008-ci ildə səsləndirdiyim fikri də təhrif edib. Mən bugünkü bəyanatımda söylədiyim kimi, Milli Şuranın qərarını Tarasovun uydurduğu kimi “xəyanətkar” yox, səhv qərar adlandırmışam. Görünür, böhtançılıq Tarasovun köhnə peşəsidir. Tarix tarixliyində qalır. Ənvər paşa 1918-ci il mayın 27-də Vehib paşaya göndərdiyi teleqramında yazırdı: “Əgər bu gün Qafqazda beş-altı yüz min əhalisi olan və kafi miqdarda əraziyə malik kiçik bir Ermənistan təşəkkül edərsə, gələcəkdə əmrləri Amerikadan alaraq, o tərəfdən gələn ermənilərlə bu hökumət milyonlarla əhaliyə sahib olacaq və bizim üçün Şərqdə bir Bolqarıstan daha yaranacaq...”. Ermənilərə və ermənipərəst dairələrə bildirirəm ki, 1918-ci il mayın 29-da 9 min kvadratkilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti müxtəlif dövrlərdə Moskvanın birbaşa köməyilə daha 20,8 min kvadratkilometr Azərbaycan torpağını ələ keçirərək ərazisini 29,743 min kvadratkilometrə çatdırdı. Bəyan edirəm ki, Ermənistandakı faşist rejimi işğalçıdır”, - deyə Y.Mahmudov bildirib.
Müasir Ermənistan Respublikasının ərazisinin Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olduğunu vurğulayan akademik diqqətə çatdırıb ki, Tarix İnstitutu 2016-2017-ci illərdə İrəvan xanlığının tarixi ilə bağlı çoxlu sayda əsər nəşr etdirib. Həmin əsərlərdə Azərbaycanın qədim mədəniyyət mərkəzi İrəvan şəhərinin necə dağıdılması öz əksini tapıb. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid - Göy məscid qismən salamat qalıb. Əsgərlərimiz bilməlidirlər ki, təxribat törədən ermənilərin ayaqlarının altındakı torpaq Azərbaycan torpaqlarıdır. Düşmən heç zaman Azərbaycan torpağında azərbaycanlılara qalib gələ bilməz. Bu gün Ermənistan dövlətini idarə edənlər öz siyasi xətlərini əsaslı şəkildə yenidən qurmalı və dəyişdirməlidirlər. Tarixi şəhərimiz olan İrəvanda oturub bizə qalib gəlmək mümkün deyil. Qonşu torpağında yaşayıb torpağın əsl sahibi ilə belə davranmazlar.

Yaqub Mahmudov,
Milli Məclisin deputatı, akademik
Milli Məclisin deputatı, akademik