Polşa Seymi İsveç və Finlandiyanın NATO-ya daxil olmasını təsdiq etdi

Polşa Seymi İsveç və Finlandiyanın NATO-ya daxil olmasını təsdiq etdi Polşa Seymi (ölkə parlamentinin aşağı palatası) yekdilliklə Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləyib.
Bu barədə Polşa Daxili Təhlükəsizlik Agentliyinin nümayəndəsi Stanislav Jarın deyib.
"Yaxşı xəbər var! Seym - Polşa parlamentinin aşağı palatası İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı sənədləri yekdilliklə təsdiq edib", - deyə S.Jarın öz "Twitter" səhifəsində yazıb.
Bundan əvvəl Estoniya, İslandiya, Kanada Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları təsdiq ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər