ABŞ-dan Türkiyənin təhlükəsizlik narahatlıqları barədə - Açıqlama

ABŞ-dan Türkiyənin təhlükəsizlik narahatlıqları barədə - Açıqlama "Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin təhlükəsizlik narahatlıqları aradan qaldırıla bilər və bu prosesdə ABŞ da mühüm rol oynayacaq".
Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.
O bildirib ki, İsveç və Finlandiyanın namizədlik müraciəti tarixi əhəmiyyət kəsb edir və ABŞ bu ölkələrin üzvlüyünü tam dəstəkləyir.
Sallivan Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzv olmasına münasibətini də qiymətləndirib:
“Finlandiya və İsveçin NATO-ya təsirli şəkildə daxil ola biləcəyinə və Türkiyənin narahatlıqlarının aradan qaldırıla biləcəyinə inanırıq”.
Müşavir vurğulayıb ki, Finlandiya və İsveç bu məsələdə Türkiyə ilə birbaşa əlaqədədir:
"Biz bu prosesi asanlaşdırmaq üçün türklərlə də görüşürük. Bu gün mən həmkarımla görüşdüm, Dövlət katibi Entoni Blinken də Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşdü".

Tehsil-press.az

Oxşar xəbərlər