Polşada NATO raket qüvvələrinin təlimi başlayır

Polşada NATO raket qüvvələrinin təlimi başlayır Polşada NATO Birləşmiş Raket Qüvvələrinin “Ramstein Legacy 2022” (RALY 22) təlimlərinin birinci mərhələsi başlayıb. Bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndələri məlumat veriblər.
“Manevrlərdə NATO strukturlarının rəhbərlik və nəzarət etdiyi Müttəfiqlərin Hərbi Hava Qüvvələri və yerüstü raket bölmələri iştirak edir”, - deyə Polşa nümayəndələri bildiriblər.
Təlimlərdə ABŞ, Fransa, Almaniya, Norveç, Çexiya, Slovakiya, Böyük Britaniya, İtaliya, Belçika, Rumıniya, Türkiyə və İspaniyadan olan hərbçilərin iştirak edəcəyi bildirilir.
Təlimlər mayın 30-dan iyunun 12-dək Polşa və Baltikyanı ölkələrin ərazisində keçiriləcək. Şimali Atlantika Alyansı qoşunlarının əsas vəzifəsi hava hücumundan müdafiə sisteminin bir hissəsi olaraq növbətçilik yerinə yetirərkən təlim-atış təlimlərinin keçirilməsi, ümumi döyüş hazırlığının artırılması və birgə hərəkətlərin inkişaf etdirilməsi olacaq.
Bundan əvvəl NATO nümayəndələri ABŞ, Fransa və Almaniyadan dörd gəminin iştirakı ilə Baltik dənizində hərbi dəniz təlimlərinin başlandığını elan etmişdilər. Təlim manevrləri mayın 27-dən 30-dək İsveç və Finlandiya suları yaxınlığında keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər