ATV kanalının baş direktoru Azər Xəlilov REAL TV-nin rəhbəri Mirşahin Ağayevin Azərbaycandakı telekanalları tənqid etməsindən sonra öz feysbuk səhifəsində kanalla bağlı fikirlərini paylaşıb.
O, rəhbəri olduğu televiziyanı Azərbaycanda ən ən böyük izləyici auditoriyası olan media resursu kimi təqdim edib:
“Ölkədə ən böyük izləyici auditoriyası olan media resursu. Qarabağın tarixi və Qarabağ həqiqətlərini Azərbaycan və dünya auditoriyasına elmi-kütləvi proqramlar silsiləsi vasitəsilə çatdıran fərqli özəl tekekanal. Erməni işğalından azad edilmiş torpaqlarımızdan sistemli və davamlı verilişlərin özəyi olan ATV telekanalı”.
Qeyd edək ki, Mirşahin Ağayev dünən efirdə bir sıra telekanalların ictimai zövqü korladığını, bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrildiyini bildirmişdi. O, dolayı yolla ATV kanalını da tənqid edərək, “ictimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərbə vurduğunuzun fərqində olun” açıqlamasını vermişdi.
Tehsil-press.az