Donetskdə raket zərbələri zamanı 43 nəfər öldü

Donetskdə raket zərbələri zamanı 43 nəfər öldü Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Çasovoy Yar şəhərindəki çoxmərtəbəli binaya raket zərbələri nəticəsində ölənlərin sayı 43-ə çatıb.
Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Donetsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb:
“Saat 18:00-a olan məlumata görə, Baş İdarənin əməkdaşları beşmərtəbəli yaşayış binasının dağıntıları altından biri uşaq (təxminən 9 yaşlı oğlan) olmaqla 43 nəfərin meyitini çıxarıblar”.
Həmçinin məlumatda qeyd edilir ki, dağıntılar altından 9 nəfər xilas edilib.

Tehsil-press.az



Oxşar xəbərlər