Rusiya Donetskdə binaya raket atdı - Ölən və yaralananlar var

Rusiya Donetskdə binaya raket atdı - Ölən və yaralananlar var Rusiya qoşunları Ukraynanın Donetsk bölgəsindəki Çasiv Yar şəhərində 5 mərtəbəli yaşayış binasına raket zərbəsi endirib.
Bu haqda Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko sosial media hesabında açıqlama verib:
“Xilasetmə əməliyyatları davam edir. Dağıntılar altından 6 meyit və 5 yaralı çıxardıq”.
Binanın hər iki girişinin tamamilə dağıldığını bildirən Kirilenko, biri 9 yaşlı olmaqla ən azı 34 nəfərin hələ də dağıntılar altında ola biləcəyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər