Volodimir Zelenski: Ukraynada hazırda 22 milyon ton taxıl bloklanıb

Volodimir Zelenski: Ukraynada hazırda 22 milyon ton taxıl bloklanıb Ukrayna taxılının ixracına imkan yaradılması üçün BMT və Türkiyə ilə danışıqlar aparılır.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İsveçin Baş naziri Maqdalena Anderson ilə Kiyevdə keçirilən brifinqdə bildirib. O deyib ki, ixrac prosesinin reallaşdırılması çətin olsa da, mümkündür. Ukrayna ixracatçı kimi, bunda maraqlıdır.
“Biz maraqlıyıq ki, fermerlərimiz gələn ilə, növbəti məhsula işləməkdə davam etsinlər. Bunun üçün biz bütün bunları – arpanı, buğdanı, qarğıdalını ixrac etməliyik. Hazırda 22 milyon ton bloklanıb. Biz payızda 60 milyon tona yaxın taxıl gözləyirik. Orada həqiqətən çətin vəziyyət olacaq”, - deyə prezident əlavə edib.
Volodimir Zelenski qeyd edib ki, Ukraynanın bloklanmış limanlarından Rusiyanın oğurladığı taxılın dövlətlər tərəfindən alınmaması üçün diplomatik səviyyədə iş aparılır. Taxıl ixracının dəmir yolu və dəniz nəqliyyatı kimi müxtəlif yolları üzərində iş gedir.

Tehsil-press.az



Oxşar xəbərlər