İnflyasiya Almaniyada təhsil infrastrukturunun yaxşılaşdırılması planlarını həyata keçirməyə imkan vermir

İnflyasiya Almaniyada təhsil infrastrukturunun yaxşılaşdırılması planlarını həyata keçirməyə imkan vermir Avropada budəfəki inflyasiya dalğası Almaniyada məktəblərin və uşaq bağçalarının təmiri planlarının dondurulması ilə nəticələnə bilər.
Bahalaşma infrastrukturun inkişafını ləngidir. Şəhər meriyaları və təhsil departamentləri şikayətlənirlər ki, son aylarda tikinti firmaları təklif etdikləri işlərə görə hədsiz yüksək haqq tələb edirlər. Tikinti materialları və xidmətlər kəskin bahalaşıb. Hakimiyyət orqanları narahatdırlar ki, şəhərlər bəzi layihələrin icrasını təxirə salmalı olacaqlar.
Tikinti qiymətləri kəskin artdığına görə, bu məqsədlə əvvəl ayrılmış büdcə kifayət etməyə bilər. Bəzi şirkətlər artıq indidən elə layihələr təklif edirlər ki, bələdiyyələrin büdcəsi buna imkan vermir. Bu səbəbdən belə layihələri ya tamamilə kənara qoymaq, ya da vaxtını uzatmaq lazım gələcək. Bu isə məktəblərə və uşaq bağçalarına ayrılan investisiyalara təsirsiz ötüşməyəcək.

Tehsil-press.az



Oxşar xəbərlər