İtaliyada inflyasiya son 36 ilin ən yüksək həddinə çatıb

İtaliyada inflyasiya son 36 ilin ən yüksək həddinə çatıb İtaliyada illik inflyasiya göstəricisi son 36 ilin ən yüksək səviyyəsinə yüksəlib.
Bu barədə İtaliya Milli Statistika İnstitutu məlumat yayıb. Bildirilib ki, enerji qiymətlərindəki yüksək artımlar inflyasiyanın hərəkətverici qüvvəsi olmaqda davam edir. İnflyasiya göstəricisi apreldəki yavaşlamadan sonra may ayında yenidən yüksəlib.
Belə ki, may ayında İtaliyada inflyasiya 6,9 faiz səviyyəsində olub. Bu, 1986-cı ilin martından bəri qeydə alınan ən yüksək göstəricidir. Mayda aylıq inflyasiya göstəricisi isə 0,9 faiz artıb.
Ay ərzində əsasən ərzaq, şəxsi gigiyena və məişət mallarının qiymətlərində artım sürətlənib.

Tehsil-press.az

Oxşar xəbərlər