Gürcüstanda son həftə ərzində 5154 nəfər koronavirusa yoluxub

Gürcüstanda son həftə ərzində 5154 nəfər koronavirusa yoluxub Gürcüstanda son həftə ərzində koronavirusa yoluxanların sayı əvvəlki həftə ilə müqayisədə 2 dəfə artıb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb .
Bildirilir ki, iyulun 3-dən 10-dək olan vaxt ərzində Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 154 yoluxma halı qeydə alınıb.
Son həftə ərzində Gürcüstanda 2 338 nəfər xəstəlikdən sağalıb, 3 nəfər isə xəstəlikdən vəfat edib.
Yoluxma hallarının 3 310-u paytaxt Tbilisidə qeydə alınıb.
İyulun 3-dən 10-dək olan müddətdə daha 2 338 nəfər müalicə olunaraq sağalıb, 3 nəfər isə vəfat edib.
Qeyd edək ki, iyunun 27-dən iyulun 3-dək Gürcüstanda 2 570 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb.
Hesabat dövründə 1 103 nəfər müalicə olunaraq sağalıb.
Qeyd olunur ki, hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyasına 1 668 153 nəfər yoluxub. Onların 1 645 917-si sağalıb, 16 847-si ölüb.

Tehsil-press.az




Oxşar xəbərlər