14 iyul Polad Həşimovun şəhid olduğu gündür.
Bu gün Vətən müharibəsinin başladığı gün, Zəfər Günü və digər şanlı tarixlər kimi qəlb təqvimimizin xüsusi pəncərələrindən olmalıdır.
Hər şey məhz bu gündən başladı.
2020-ci ilin 14 iyulundan sonra hər kəsin içindəki Qarabağ bədgümanlığı uçub getdi.
Polad Həşimovun barıt qoxan ruhu bizə müharibənin çərpələng kimi başımızın üstündə olduğunu anlatdı.
Müharibənin nə qədər acı akt olsa da, yaşamalı və bitirməli bir kabus olduğuna əmin etdi.
Bu, bir Allah seçimi idi və Polad seçilmiş idi. Məhz onun şəhid olmağı uzun illərdir mamır basmış bir bəndi kökündən uçurdu.
Yüzlərlə əsgərimiz Cəbrayılın illərlə su üzünə həsrət qalan tağlı körpülərinin altından sel kimi keçdi.
***
Ən çox qorxduğum hallardan biri də budur: ürəyimdəkiləri eləmədən ölərəm. Yəqin ki, ölüm qorxusunun böyük hissəsi bu heyfin üzərindədir.
Ancaq illər sonra bizə bir nəsnə bəlli olur. Lap zərr aləmində eşitmiş kimi agah oluruq ki, insanın qismətində olub, amma həyata keçirə bilmədikləri heç vaxt yerdə qalmır. Heç kəs eləmədiklərini özüylə o dünyaya aparmır, eləmədikləri hissə çevrilib bizim canımıza hopur, hər kəsin gözündən leysan olub axır.
Bir də görürsən heç tanımadığın adamın ölümünə hönkürürsən, şəklini görəndə burnunun ucu göynəyir. Bunu biriylə bölüşürsən, deyir, hə, onu hamı çox istəyirdi.
Bəlli olur ki, insan bir əməlləri ilə sevilir, bir də nakam ömrü səbəbindən içində bitən, boylandırıb çölünə çıxara bilmədiyi istəkləri - yəni potensialı ilə.
Elədiyin yaxşılıqlar insanların xatirində, həyata keçirmək üçün fürsət güddüyün xoş əməllər isə üzündə görünür. Kökü daxildə olan bütün gözəl istəklərin gülü adamın üzündə açır.
Nə xoş, içi gözəl istəklərlə gülüstana çevrilənlərə!
Məhz içi gülüstanların ölümü bizə başqa cür təsir edir, onların ölümü bizə yalnız bir insanın ölümü kimi dəymir, bir Cənnətin, bir bahar bağçasının məhvi qədər təsirli gəlir.
Polad Həşimov general olsa da, əsgərinin qeydinə qalacaq qədər həssas qeyrəti və xarakterilə onu tanıyanları xeyli xoş əmələ şahid edib. Həmin şahidlərin danışdıqları sıradan hadisələr deyil. Ancaq etiraf edək ki, Polad Həşimovu bizə sevdirən təkcə əməlləri deyildi, onda elə bir ilıqlıq var idi ki, onu nə izah etmək mümkündür, nə də qavramaq. Bu irreal ilıqlıq Poladın canından ayrılanda bir anın içində milyonlarla azərbaycanlının içinə doldu. Polad anidən milyonlarla azərbaycanlının vətənpərvərlik flaqmanına çevrildi.
Onun şəhid olmasından sonra milyonlarla insan əvvəlcə evlərindən küçələrə çıxdı, sonra illərdir yığışdıqları içlərindən çöllərinə addım atdı. Hamı köhnə mağarasından bir addım çölə çıxdı.
Nəticədə ortaya bəzilərinin inanmadığı bir Azərbaycan gəldi; arınmış, pak, su kimi...
Poladın şəhidliyi səbəbilə milyonlarla insanın vətənpərvərliyi qılınc qınından sıyrılan kimi, sıyrılıb içindən çıxdı.
Bir ölüm milyon dirilişə səbəb oldu.
Milyonlarla insanın içində öləziməkdə, bitməkdə olan möhtəşəm duyğular ilıq bir qığılcımla tutuşdu, alovlandı.
Məhz 2020-ci ilin 14 iyulundan etibarən qaşqabaqlı azərbaycanlıların içindən gülümsəyən bir Polad boy verdi.
O sima ki, təkbaşına gülümsəyərək milyonlarla adamı içindən çölünə çıxarmışdı, indi bütün Azərbaycan həmin simayla üfüqə gülümsəyrdi.
Hər şey beləcə başladı.
Ölüm nədir ki, komandir, qağayı hər dəfə dənizdəki əksilə öpüşəndə bir balıq ölür. Bu dünyada ölümsüz şeylər var!
Miras qoyduğun təbəssüm kimi.
Arzularını unutmayacağıq, cənab general!
Tehsil-press.az