BDU-nun Mədəniyyət-yaradıcılıq mərkəzi “General Polad” mahnısının klipini hazırlayıb

BDU-nun Mədəniyyət-yaradıcılıq mərkəzi “General Polad” mahnısının klipini hazırlayıb Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq mərkəzi Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun xatirəsinə “General Polad” mahnısının klipini hazırlayıb.
Mahnının musiqisi mərhum bəstəkar Nailə Mirməmmədlinin, sözləri Baba Vəziroğlunundur. Mahnını BDU-nun Mədəniyyət-yaradıcılıq mərkəzinin solisti Aslan Əzimzadə ifa edib. BDU TV və Azərbaycan Film Akademiyasının texniki dəstəyi ilə çəkilmiş klipin rejissoru Vahid Orucoğludur.

Tehsil-press.az

Oxşar xəbərlər