Hondurasın paytaxtında beynəlxalq cinayətkar qruplaşmanın üzvləri dörd gənci güllələyiblər.
Onların arasında ölkənin eks-prezidenti Porfirio Lobo Sosanın 19 yaşlı oğlu da var.
Hadisə iyulun 14-də səhər saatlarında qeydə alınıb. Hücum edən şəxslər gecə klubunun çıxışında eks-prezidentin oğlu ilə birgə 4 gəncin əyləşdiyi maşını saxlayıblar. Gənclər maşından çıxarılaraq atəşə tutulub.
Honduras polisinin rəhbəri bildirib ki, hücumu dünyanın ən qəddar və təhlükəli qruplarından biri hesab edilən MS-13 cinayətkar qruplaşması həyata keçirib.
Faktla bağlı araşdırma aparılır.
Tehsil-press.az