Somalidə otelə bombalı hücum - Ölən və yaralananlar var

Somalidə otelə bombalı hücum - Ölən və yaralananlar var Somalinin Cövhər şəhərində bomba yüklü avtomobilin Somali siyasətçilərinin yerləşdiyi otelə çırpılması nəticəsində azı 2 nəfər həyatını itirib, 15-dən çox insan yaralanıb.
Hadisə “Nuur Doob” otelində baş verib.
Somalinin Hirshabelle əyalətinin sözçüsü Daud Hacı İrro hadisə nəticəsində həyatını itirənlərin sayının arta biləcəyini deyib.
Bombalı hücuma görə məsuliyyəti “Əl-Şəbab” terror təşkilatının üzərinə götürdüyü bildirilib.

Tehsil-press.az



Oxşar xəbərlər