Çinin Ninsya Huey muxtar rayonunda bubon vəbasına ilk yoluxma aşkarlanıb.
Yerli hökumət artıq dördüncü dərəcəli epidemioloji təhlükə səviyyəsini elan edib.
Qeyd edək ki, bəzi heyvanlarda, əsasən gəmiricilər və onların üzərindəki birələrdə yaşayan “Yersinia pestis” adlı bakteriyanın törətdiyi taun xəstəliyi potensial cəhətdən ölümcül infeksiyadır. İnsanlar arasında daha çox vəbanın bubon forması yayılıb. Bu xəstəliyə tutulanların qoltuq nahiyəsində limfa düyünlərdə kəskin ağrı ilə müşayiət olunan şişlər - bubonlar formalaşır. Adətən xəstəlik yoluxmadan 2-6 gün keçmiş inkişaf etməyə başlayır. Bu vaxt limfa düyünləri şişir. Xəstədə qızdırma, titrəmə, yorğunluq, baş və əzələ ağrıları kimi simptomlar müşahidə olunur.
Tehsil-press.az