“Bu, o demək deyil ki, Azərbaycanda meymunçiçəyi olmayacaq”

“Bu, o demək deyil ki, Azərbaycanda meymunçiçəyi olmayacaq” Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, hazırda əsas məsələ meymunçiçəyinə yoluxma olarsa, ilk faktı vaxtında aşkar etməkdir. “Lakin bu, o demək deyil ki, olmayacaq. Nəzərə almaq lazımdır ki, xəstəliklə mübarizə aparmaq üçün ölkədə kifayət qədər qabaqcıl tədbirlər görülüb. Hazırda meymunçiçəyinin geniş yayılması deməyə əsas verir ki, bu virus mutasiya edib və ya hava-damcı yolu ilə də yoluxur.
Lakin əsasən təmas yolu ilə yoluxması müşahidə edilir. Burada uzunüddətli təmasdan söhbət gedir. Əgər şəxs özünü pis hiss edirsə, üz dərisində dəyişiklik, yaralar varsa, təcrid olunaraq həkimə müraciət etməlidir”.

Tehsil-press.az



Oxşar xəbərlər