Avropa Dərman Vasitələri Agentliyi BioNTech/Pfizer preparatının 5-11 yaş arası uşaqlarda tətbiqinə artıq bir müddətdir icazə verib və digər vaksinlər üçün də yaş həddinin aşağı endirilməsi ilə bağlı müraciətlərə baxıldığı açıqlanıb.
Bəs Azərbaycanda vaksinasiyanın yaş həddi endirilə bilərmi?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, gələcəkdə bu barədə qərar verilə bilər, amma hazırkı vəziyyətdə uşaqlar arasında vaksin olunanların sayı xeyli azdır.
"Bizdə hələ ki, 12 yaşdan yuxarı uşaqlara könüllü surətdə valideynlərinin razılığı ilə koronavirus əleyhinə peyvənd vurula bilər. Sadəcə olaraq, ondan aşağı yaş qruplarına, yəni 5 yaşdan yuxarı uşaqların vaksinasiyasına son dövrlərdə bəzi ölkələrdə başlanılıb. Bizdə hələ ki, bununla bağlı qərar yoxdur. Amma yəqin ki, vaxtı çatanda olacaq. 12 yaşdan yuxarı icazə verilib, amma vaksin olunanların sayı xeyli azdır. Halbuki, kifayət qədər vaxt keçib" - Təyyar Eyvazov bildirib.
Tehsil-press.az