Elmi tədqiqat, texniki konstruktor işlərinin kommersiyalaşdırılmasına dəstək veriləcək

Elmi tədqiqat, texniki konstruktor işlərinin kommersiyalaşdırılmasına dəstək veriləcək Elmi tədqiqat, texniki konstruktor işlərinin kommersiyalaşdırılmasına dəstək veriləcək. Bu məqsədlə həyata keçirilən tədqiqatlar maliyyələşdiriləcək, elmi tədqiqat, texniki konstruktor işlərinin infrastrukturu inkişaf etdiriləcək. Müasir dövrdə texnologiyaların kommersiyalaşdırılması innovativ inkişafda prioritet olduğundan, tədqiqat nəticələrinin məhsula çevrilməsi təmin olunacaq və elmi tədqiqatlarda mövcud maneələr müəyyən edilərək aradan qaldırılacaq. Nəticədə, innovasiyaların bazara çatdırılması asanlaşdırılacaq.
Bu, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 22-də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Tehsil-press.az


Oxşar xəbərlər