Əhalinin davamlı savadlanması üçün “ömürboyu öyrənmək” mexanizmi yaradılacaq

Əhalinin davamlı savadlanması üçün “ömürboyu öyrənmək” mexanizmi yaradılacaq Əhalinin davamlı savadlanması üçün “ömürboyu öyrənmək” mexanizmi yaradılacaq. Bu mexanizm əhalinin əmək bazarının tələblərinə uyğun ixtisasartırma kurslarında iştirak etməsinə və zəruri kvalifikasiyalar əldə etməsinə imkan verəcək. Nəticədə, ixtisasartırma üzrə innovativ proqramların və məzunların sayı hər il əhəmiyyətli sayda artacaq.
Bu, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 22-də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Tehsil-press.az



Oxşar xəbərlər