Pedaqoji Universitetin elmi mərkəzə çevrilməsi istiqamətində tədbirlər görülür

Pedaqoji Universitetin elmi mərkəzə çevrilməsi istiqamətində tədbirlər görülür Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) elmi mərkəzə çevrilməsi istiqamətində tədbirlər görülür.
Son illər hazırlanmış 6 elmi-tədqiqat layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənib. Universitetdə Elmi-Tədqiqat Mərkəzi yaradılıb, 6 dövri elmi jurnal təsis edilib və onlar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısı”na daxil olunub. Magistrantların elmi-tədqiqat işlərinin dərc edilməsi məqsədilə Azərbaycanda ilk dəfə “Magistrant” dövri elmi jurnalı təsis edilib və ilk nömrəsi işıq üzü görüb.
Universitetin plagiatla mübarizə üzrə daxili sistemi qurulub. Əməkdaşların beynəlxalq istinadlı jurnallarda dərc olunmuş əsərlərinin sayı son 5 ildə dəfələrlə artıb. Bu nəticələr “Clarivate Analytics” elmi bazası tərəfindən də qiymətləndirilib.

Tehsil-press.az





Oxşar xəbərlər